BaşlıcaSiyasət

Dünyada azadlıq-2024 hesabatında Dağlıq Qarabağda törədilən etnik təmizləməyə də toxunulub

18 ildir dünyada qlobal azadlıqlar davamlı geriləyir. 2023-cü ildə dünya əhalisinin beşdə birinin yaşadığı 52 ölkədə siyasi hüquqlar və mülki azadlıqların durumu pisləşib.

Bunu “Freedom House” insan haqları təşkilatı fevralın 29-da açıqladığı hesabatda bildirir. Hesabata görə, geriləmələr o qədər geniş yayılıb və ağır olub ki, 21 ölkədə qeydə alınan yaxşılaşmanı ötüb keçib.

Hesabat “Dünyada azadlıq 2024: Qüsurlu seçkilərin və silahlı münaqişələrin artan zərəri” adlanır. Dünyada azadlıqların geriləməsinin əsas səbəbləri kimi seçkilərin manipulyasiyası, müharibələr, plüralizmə hücumlar göstərilir. Hazırda dünya əhalisinin 38 faizə yaxınının azad olmayan, 42 faizinin qismən azad, cəmi 20 faizinin azad ölkələrdə yaşadığı bildirilir.

Azərbaycan yenə də “qeyri-azad ölkələr” sırasında yer alıb. Təşkilat Dağlıq Qarabağın “qismən azad” statusunu “qeyri-azad” edib. Səbəb kimi Azərbaycanın DQ-nı blokadaya alması, yerli siyasi, hüquqi və mülki qurumların hərbi hücum nəticəsində buraxılması, mülki əhalinin etnik təmizləməsi göstərilib.

“Dağlıq Qarabağ 40 bal itirərək reytinqdə bir il ərzində ən kəskin enişini yaşadı, demək olar ki, 120 min etnik ermənidən ibarət əhalisi Azərbaycan silahlı qüvvələrinin ağır təzyiqi altında qaçmağa məcbur oldu. Nəticədə, əvvəllər “qismən azad” hesab edilən DQ “qeyri-azad” statusuna aid edilib”, – hesabatda bildirilir.

“Freedom House” son illər Azərbaycanda dini diskriminasiyanın, müstəqil media və vətəndaş cəmiyyəti üzərinə təzyiqlərin gücləndiyini qeyd edir.

Daha çox göstər
Back to top button