Başlıcaİctimaiyyət

Ermənistanda hər üçüncü sərnişin erməni aviaşirkətləri vasitəsilə hərəkət edir: Ərazi idarətmə və infrastruktur naziri

Ermənistanda 2023-cü ildə sərnişin axınında artım müşahidə olunub ki, bu tendensiyası bu günə qədər də davam edir. Bu barədə Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Parlamentdə hökumət üzvləri ilə sual-cavab iclasında deyib.

Nazir əvvəlan qeyd edib ki, “Şirak” hava limanında genişmigyaslı tikinti ilşəri həyata keçirilib və hazırda da davam etməkdədir.

“Uçuş-enmə zolağının tamamilə təmir olunması ilə yanaşı, binanın bir hissəsində də təmir işləri aparılıb, digər hissədə isə tikinti işləri davam etdirilir. Tezliklə sərnişinlər tamamilə təkmilləşdirilmiş və təmir edilmiş hissələrdən keçəcəklər” – deyə Sanosyan bildirib.

Onun sözlərinə görə, son illərdə aviasiya sahəsində kifayət qədər müsbət artım qeydə alınıb.

“Ötən ildə sərnişin axınında artım olub və bu tendensiya davam edir. Sevindirici haldır ki, Ermənistan aviaşirkətlərinin öz iştirakı da var və indi hər üçüncü sərnişin Ermənistan aviaşirkətlərindən hər hansı biri ilə hərəkət edir” – deyə Sanosyan bildirib.

Daha çox göstər
Back to top button