BaşlıcaSiyasət

Mirzoyan və Analena Burbok regional təhlükəsizliklə məsələləri müzakirə ediblər

Fevralın 28-də Berlində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Berbok ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.

Regional təhlükəsizlik məsələləri müzakirə edilib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə və həmin gün Berlində iki ölkə nazirlərinin iştirakı ilə keçirilən müzakirələrin gedişinə toxunulub.

Ararat Mirzoyan həmkarına Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin tənzimlənməsinin əsas məsələlərində ER yanaşmalarını təqdim edib. 

Daha çox göstər
Back to top button