BaşlıcaSiyasət

2020-ci ildən sonra RF sərhəd qoşunlarının Syunikdə yerləşdirilməsi lazım idi : Armen Xaçatryan

2020-ci ilin 44 günlük müharibəsindən sonra müəyyən Rusiya kontiqneti təhlükəszilik problemlərini həll etmək üçün Syunik bölgəsində  yerləşdirilib. Bu barədə Parlamentin Müdafiə və təhlükəszilik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan Nikol Paşinyanın Nerkin Hand hissəsində Rusiya Federasiyasının sərhəd qoşunlarının mövcudluğuna dair mandat və sazişin olmaması barədə bəyanatına toxunaraq jurnalistlərlə söhbətində bildirib.

“Bəlkə siz unutmusunuz ki, 2020-ci ildə 44 günlük müharibəsi olub, ondan sonra Artsax ərazisinə sülhməramlı qoşunlar daxil olub, bundan sonra təhlükəsizlik məsələlərini həll etmək üçün Syunik bölgəsində müəyyən Rusiya kontingenti yerləşdirilib. Vəziyyətə görə, bəli, belə oldu. Amma indi bütün o hüquqi problemlərə cavab vermək üçün araşdırma aparılır ki, kimin hansı və harada mandatı var” – deyə Xaçatryan bildirib.

Xaçatryan Rusiya sərhədçilərinin hər hansı hüquqi əsası var idimi aydınlaşdırıcı suala belə cavab verdi: “2021-ci ildə yaranmış vəziyyətlə əlaqədar, onlar sadəcə təhlükəsizlik problemlərini həll etmək üçün orada yerləşdiriliblər” – deyə Xaçatryan hüquqi əsasların araşdırılması ilə cavab alacaqlarını bildirib.

Onun sözlərinə görə, araşdırma bütün bu hüquqi məsələlərin həlli üçün Müdafiə nazirliyi, Milli təhlükəsizlik xidməti və Xarici işlər nazirliyi ilə birgə keçirilir.

Daha çox göstər
Back to top button