BaşlıcaMədəniyyətSiyasət

Azərbaycanlı vandallar tikinti texnikası vasitəsilə Artsaxın Hin Şen qəsəbəsinin qəbirstanlığını dağıdırlar

Azərbaycan dövlət səviyyəsində işğal olunmuş Artsaxın mədəni irsini məhv edir. Hər gün, ardıcıl olaraq, Azərbaycan vandalizminin onlarla faktını qeyda alırıq. İnternetdə dərc olunan növbəti videodan aydın görünür ki, azərbaycanlı vandallar necə tikinti texnikası ilə Artsax Respublikasının Şuşi rayonunun Hin Şen qəsəbəsinin qəbirstanlığını məhv edirlər.

2020-ci ilin Sentyabrın 27-də türk-azərbaycan terror tandeminin başlatdığı genişmiqyaslı müharibədən və 2023-cü ildə Artsaxın ermənilərdən tam boşadılmasından sonra Azərbaycanın dövlət səviyyəsində həyata keçirilən mədəni soyqırımı siyasətinin hədəfinə Şuşinin tarixi qəbirstanlıqları, Hadrut və Martuni rayonlarının yaşayış məntəqələrinin çoxsaylı qəbirstanlıqları, Askeran rayonunun Sğnax kəndinin qəbirstanlığı, Martakert rayonun Haterk kəndinin qardaşlıq qəbiristanlığı və s. çevrilib.

Bütün bunlar Artsaxın mədəni irsinin məhv olmaq və mənimsəmək təhlükəsi atltında olduğunu daha bir dəfə göstərir. 

“Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən, mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və ya qisas hərəkətləri qadağandır.  1954-cü il Birinci Haaqa protokolu işğal olunmuş ərazilərdə mədəni və dini sərvətlərin məhv edilməsini qadağan edir.

Daha çox göstər
Back to top button