BaşlıcaMədəniyyətSiyasət

Belarus Respublikasında ER mədəniyyəti günləri keçiriləcək

Ermənistan Respublikasının Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bu günlərdə Belarus Respublikasının ER-dakı Fövqəladə və səlahiyyətli səfiri Aleksandr Konyuku qəbul edib.

Görüşdə həmçinin Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan iştirak edib.

Tərəflər mədəniyyət sahəsindəki əməkdaşlığın dərinləşdirilməsi məqsədilə  Belarus Respublikasında cari ilin Aprelində Ermənistan Respublikasının mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan səfir Aleksandr Konyuku salamlayaraq Belarusla dostluq münasibətləri və xüsusilə mədəniyyət sahəsində olan ikitərəfli əməkdaşlığı vurğulayıb.

Görüş ərzində Belarus Respublikasının bir neçə şəhərində ER mədəniyyəti günlərinin keçirilməsinə dair ilkin layihə təqdim olunub.

Belarus Respublikasının ER-dakı Fövqəladə və səlahiyyətli səfiri Aleksandr Konyuku tədbirin Belarus tərəfindən çox gözlənilən olduğunu vurğulayıb.  O, Ermənistanın zəngin mədəniyyətini belarus xalqı üçün əlçatan etməyk və onu ən yaxşı şəkildə təqdim etmək məsələsində onların hazır olduqlarını yenidən təsdiqləyib.

Səfər ərzində həmçinin Ermənistan Respublikasının Təhsil, elm, mədəniyyət və idman nazirliyi və Belarus Respublikasının Mədəniyyət nazirliyi arasında  2024-2027-ci illər üçün mədəniyyət sahəsindəki əməkdaşlıq layihəsinin imzalaması planlaşdırılır.

Görüş zamanı tərəflər ikitərəfli maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Daha çox göstər
Back to top button