Fevralın 28-də Azərbaycan SSR-dən və Naxicevandan məcburi köçkün soydaşlarımız üçün www.armrefugees.am internet saytı istifadəyə verilmişdir.
Bununla bağlı təfərrüatları “Armenpress”ə ER parlamentinin “Mülki müqavilə” fraksiyasının və müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü, “Qardman-Şirvan-Naxicevan” Ümumerməni İttifaqının prezidenti Vilen Qabrielyan bildirib. O, birliyin fəaliyyətinə də toxunub.
“Fevralın 28-i tariximizdə faciəli bir gündür, 36 il əvvəl Sumqayıt şəhərində o vaxtkı Azərbaycan hakimiyyətinin təxribatı ilə bütün erməni əhalisinə qarşı faktiki soyqırımı aktı həyata keçirilmişdir. Nəticədə ermənilərin tarixən yaşadıqları və işlədikləri ərazilər tamamilə boşaldıldı.
Qardman-Şirvan-Naxicevan” ümumerməni ittifaqı 1988-1992-ci illərin erməni qaçqınlarını birləşdirən platforma kimi yaradılmışdır və onların problemlərini bütün mümkün vasitələrlə ictimailəşdirmək və beynəlxalq ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Ötən ilin yazından aktiv işlər davam etdirilir.
Xüsusilə qeyd etmək istərdim ki, Ermənistanda və ya xaricdə məcburi köçkün və sığınacaq almış erməni soydaşlarımızı birləşdirmək üçün www.armrefugees.am internet saytı fəaliyyətə başlayıb. Saytda “Qardman-Şirvan-Naxicevan” birliyi haqqında məlumatlarla yanaşı, Qardman, Şirvan, Naxicevan haqqında tarixi məlumatlar da tapa bilərsiniz. Saytda interaktiv xəritələr də vardır.
Biz bəyan edilmiş bütün istiqamətlər üzrə işimizi davam etdirəcək və dərinləşdirəcəyik. Əsas diqqətimiz beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları ilə əlaqə yaratmaq, problem və tələblərimizi təqdim etməkdir”,-o qeyd etdi.