BaşlıcaSiyasət

Türkiyə Ermənistanla münasibətləri tam şəkildə tənzimləmək istəyir: Serdar Kılıç

Türkiyə Ermənistanla münasibətləri tam şəkildə tənzimləmək istəyir.

“Armenpress” xəbər verir ki, bunu Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

“Türkiyə Ermənistanla münasibətləri tam şəkildə tənzimləmək istəyir. Nəzərə almalı olduğumuz bəzi addımlar var, amma ilk növbədə görüşlərimiz olmalıdır”, – Kılıç bildirib.

O qeyd edib ki, onlar Moskvada razılığa gəliblər ki, davam edən münasibətlərin normallaşması prosesində heç bir ilkin şərt olmamalıdır.

Kılıç Ermənistan tərəfini gələcək görüşlər üçün ilkin şərt kimi üçüncü ölkə vətəndaşları və diplomatik şəxslər üçün sərhədlərin açılmasını ilkin şərt kimi irəli sürməkdə ittiham edib. “Mən bir neçə dəfə Rubenə demişəm ki, danışıqlar üçün Yerevana getməyə hazıram. Onunla Ankarada da görüşməyə hazıram. Amma Ankara və Yerevanda görüşümüz üçün üçüncü dövlətlər və diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılmasını ilkin şərt qoyursa, deməli problemimiz var. Görüşüb danışmalıyıq. Əgər həll yolu tapmaq istəyiriksə, əsas olan görüşdür və bir ildən artıqdır ki, görüşə bilmirik”, – Türkiyənin xüsusi nümayəndəsi bildirib.

Kılıçın Ermənistanın görüşlər üçün ilkin şərt qoyması ilə bağlı bəyanatına cavab olaraq Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib ki, anlaşılmazlıq ola bilər, çünki Ermənistan görüşlər üçün ilkin şərt qoymayıb. “Sərdarla sonuncu dəfə Tehranda görüşdük. Artıq iki dəfə Türkiyədə olmuşam və Serdarla görüşmüşəm. Beləliklə, heç bir ilkin şərt yoxdur və təbii ki, harada görüşəcəyimizi sonra müzakirə edəcəyik”, – Rubinyan bildirib.

Daha çox göstər
Back to top button