Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana səfərinin planlaşdırıldığı barədə yayılan xəbərə Ukrayna prezidentinin aparatı cavab verib.
“Armenpress”in Ukrayna prezidenti Vladimir Zelenskinin martda Ermənistana səfər etməyi planlaşdırdığı barədə məlumatı təsdiq və ya təkzib edə biləcəkləri sualına Ukrayna Prezident Aparatının İctimai İnformasiya Departamentinin rəhbəri Aleksandr Xripunov belə cavab verib: “Ukrayna prezidentinin və Ukrayna prezidentinin aparatının fəaliyyəti ilə bağlı məlumatlar sistemli və operativ şəkildə Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilir”.