BaşlıcaSiyasət

Bakıda qadağan olunan, Yerevanda isə fəal şəkildə tədris olunan talış dili 

Azərbaycan adlanan süni ölkədə insanların hüquqları pozulur, ana dilində  tədbirlərin keçirilməsi və ana dilinin öyrənilməsi qadağan olunmağa davam edir. Bunun fonunda Ermənistan və Yerevan Dövlət Universiteti erməni millətinin tarixi missiyasınıa uğyun olaraq öz fəaliyyətini davam etdirir. Talış dilinə qoyulan qadağaya paralel olaraq Ermənistanda Yerevan Dövlət Universitetində talış dili fəal şəkildə tədris olunur. Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, professor Vardan Voskanyan qeyd edir ki, Yerevan Dövlət Universiteti dünyada yeganə akademik mərkəzidir ki, talış dili akademik səviyyədə tədris olunur.

“Universitetdə talış dilinin tədrisi 2014-cü ildə başlayıb. Talışşünaslıq proqramının açılışında Talış-Muğan Respublikasının prezidenti Ələkrəm Hümbətov da iştirak edirdi. 

Biz tamamilə akademik sahədə işləyirik, talış dilini, talış tarixini, talış mədəniyyətini, talış dilində olan ədəbiyyatı və bu və ya digər şəkildə Talışşünaslıqla bağlı olan bütün akademik istiqamətləri öyrənirik. Talış mətbuatını izləyirik. Bilirsiniz, Azərbaycanda Talış mətbuatı tamamilə fəlakətli vəziyyətdədir, talış dilində olan yeganə qəzet faktiki olaraq bağlanıb, söhbət “Tolışo Sədo” qəzetindən gedir, orada çalışan jurnalistlər, müxbirlər, ziyalılar isə təqib olunanlar”.

İranşünasın sözlərinə görə, tələbələrin kifayət qədər marağı var və talış dilini məmnuniyyətlə seçirlər. Yerevan Dövlət Universitetinin tarixində ilk dəfə olaraq talış dili üzrə universitet dərsliyi nəşr olunub. 

“Dərslik nəşr olunana qədər bizdə talış dili üçün akademik səviyyədə universitet dərsliyi yox idi. Dünyada ilk dəfədir ki, talış dilində universitet dərsliyi nəşr olunur və talış dostlarımız tərəfindən də yüksək qiymətləndirilir. Bilirsiniz, Azərbaycan adlı süni ölkədə yaşayan talışlar çox vaxt öz fikirlərini sərbəst ifadə edə bilmirlər, amma ən azından şəxsi vasitəsilə ilə öz minnətdarlığını bildiririrlər”.

Bu yaxınlarda Lənkəran rayonunda Talış dili Gününə həsr olunmuş mədəni tədbirin qadağasına toxunan Vardan Voskanyan qeyd edib ki, Bakı diktatorunun çıxışlarına baxanda bu məsələ onu çox narahat edir.

“Tez-tez  siyasətçi adlanan şəxslər talışlara qarşı təhqiredici, dözümsüz, irqçi sözlər səsləndirirlər.  

Bu məsələ ilə bağlı Azərbaycanda fəlakətli vəziyyətdir. Təsəvvür edin ki, öz dilinə, dilinə həsr olunmuş hər hansı mədəni fəaliyyət və ya tədbir keçirməyə haqqı olmayan bir xalq o dövlətin tərkibinə daxil edilir və övladları çox vaxt Bakı diktatoru üçün ölməyə məcbur edilir.

Talış dilindən, bu xalqın tarixindən, mədəniyyətindən xəbəri olmayan yarımsavadlı deputatlar talış xalqına qarşı düşmənçiliyi qızışdırırlar Azərbaycanda talışların bir hissəsi öz kimliyini gizlətməli olur, çünki talış olmaq bir çox hallarda artıq özləri üçün də təhlükəli olur”.

Vardan Voskanyanın szölərinə görə, nifrət və ayrı-seçkilik siyasəti sadəcə talışlara qarşı deyil, digərlə xalqlara qarşı da həyata keçirilir. Məsələn, 90-cı illərdə tat dilində çap olunan dərsliklər tonqalda yandırılıb. 

Qeyd olunanlar bütün bunlar o dövlətin və o rejimin əsl mahiyyətidir.

Daha çox göstər
Back to top button