BaşlıcaEkonomikaSiyasət

Ermənistan üçün planlaşdırılmış 2,6 milyard avroluq dəstəyindən 550 milyonu artıq ayrılıb: AB səfiri

Parlamentin Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyasının üzvləri Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqosla görüşüblər.

Fevralın 29-da keçirilən görüşdə həmçinin ER Parlamentinin iş heyətinin sədr müavini Heğine Xaçikyan və AB-nin ER-dakı nümayəndə heyətinin əməkdalıq şöhbəsinin rəhbərinin müavini Silya Kasman iştirak ediblər.

ER Parlamentinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, Vasilis Maraqos Avropa Birliyinin dəstəyi ilə Ermənistanda müxtalif sahələrdə həyata keçirilən layihələri və onların güdişatını təqdim edib. Səfir AB-nin iqtisadi və investisiya proqramı çərçivəsində Ermənistana nəzərdə tutulan 2,6 milyard avroluq dəstək paketinin 550 milyonunun artıq ayrıldığını məmnunluqla qeyd edib. Bununla paralel olaraq büdcə dəstəyi proqramları ilə aparılan islahatlar davam etdirilir.

Vasilis Maraqosun sözlərinə görə, AB Ermənistanda məşğulluq sahəsindəki imkanların və əlavə dəyərin yaradılmasına töhfə verəcək layihələri də həyata keçirməyə çalışır.

Erməni parlamentarilər ER-AB əməkdaşlığını müsbət qiymətləndirmiş, ölkəmizdə AB dəstəyilə həyata keçirilən layihələrin səmərəliliyini vurğulamışlar.

İclasda hazırda inkişaf etdirilməkdə olan ER-AB tərəfdaşlığının yeni prioritetlər paketinə toxunulub.

Daha çox göstər
Back to top button