BaşlıcaSiyasət

Ermənistan və Yunanıstanın müdafiə nazirləri əməkdaşlığın bir sıra yeni istiqamətlərini müzakirə ediblər

Martın 4-də Ermənistan Respublikasına rəsmi səfəri çərçivəsində Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Yunanıstan Respublikasının milli müdafiə naziri Nikolaos Dendias ilə təkbətək söhbət edib, daha sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, 2023-cü ilin dekabrında Afinada keçirilən danışıqlarda əldə olunmuş razılaşmalar istiqamətində görülən işlər və əməkdaşlığın bir sıra yeni istiqamətləri müzakirə edilib. 

Ermənistan və Yunanıstan hökumətləri arasında Hərbi-Texniki Əməkdaşlığa dair Saziş ratifikasiya edildikdən sonra hərbi-texniki əməkdaşlığa yeni təkan verilməsi barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button