BaşlıcaSiyasət

“Mən bilmirəm ki, AB müşahidəçiləri Rusiyaya qarşı necə casusluq edə bilərlər, qoy faktları təqdim etsinlər”: Qriqoryan Zaxarovaya deyib

AB-nin Ermənistanda yerləşən mülki missiyasının sayı artacaq. Bu haqda Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan İctimai televiziyasına verdiyi müsahibədə məlumat verib.

“Ermənistan-Azərbaycan sərhədi çox uzundur, AB-nin mülki missiyasının indiyədək malik olduğu resurslar lazımi səviyyədə işləyə bilmir. Biz hesab edirik ki, AB missiyası səmərəli iş aparır və, ona görə də, işi davam etdirmək və onu daha effektiv etmək üçün daha böyük imkanlara malik olmalıdır” – deyə Qriqoryan bildirib.

AB missiyasının təkcə Azərbaycan deyil, Türkiyə və İranla sərhəddə də monitorinq aparmasının mümkün olub-olmaması ilə bağlı suala Qriqoryan bildirib ki, missiya yalnız Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir.

TŞ katibi RF Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarovanın AB müşahidəçilərinin “Rusiya və İrana qarşı kəşfiyyat xarakterli fəaliyyət göstərirlər” barədə bəyanatına toxunaraq bu iddiyanı anlaşılmaz qiymətləndirib.

“Mən başa düşə bilmirəm ki, Rusiya öz problemlərini həll etmək üçün niyə başqa ölkələr haqqında danışır. Birincisi, AB müşahidəçiləri Ermənistan-İran sərhədində yoxdur, mən başa düşmürəm ki, Rusiya nümayəndələri niyə belə iddialar irəli sürürlər, amma aydındır ki, onlar yalnız Azərbaycanla sərhəddə iştirak edirlər, regiona sabitlik gətirirlər, sabitliyin olması Ermənistanın maraqlarına cavab verir. Bilmirəm ki, AB müşahidəçiləri Rusiyaya qarşı necə casusluq edə bilərlər, Rusiya istənilən ittihamı irəli sürə bilər, qoy faktlar təqdim etsinlər, müzakirə edək”  –  deyə Qriqoryan bildirib.

Daha çox göstər
Back to top button