BaşlıcaEkonomikaSiyasət

Şimal-Cənub yolunun cənub istiqamətində yaxın gələcəkdə genişmiqyaslı işlər planlaşdırılıb

“Yol departamenti” fondunda Avrasia Sabitləşdirmə və inkişaf fondunun nünmayəndə heyəti ilə görüş keçirilib. Fondun yayılmış məlumatda bildirilir ki, görüş ərzində tərəflər Şimal-Cənub yolunun Tranş-4-nün Kacaran-Aqarak hissəsinə səfərin nəticələri, tikintiyə hazırlıq və səfərbərlik işlərinin gedişatını müzakirə ediblər. 32 km uzunluğu ilə bu yol hissəsi ER Hökumətinin maliyyə və Avrasiya Sabitləşdirmə və inkişaf fondunun kredit vəsaiti hesabına tikiləcək.

“Yol departamenti” fondunun icraçı direktoru Gor Avetisyan Avrasiya Sabitləşdirmə və inkişaf fondunun nümayəndə heyətinin üzvlərini salamlayaraq, sözügedən yol hissəsinin tikintisi layihəsini vacib hesab etdi. O, vurğulayıb ki, Şimal-Cənubun cənub istiqamətində yaxın gələcəkdə genişmiqyaslı işlər planlaşdırılıb, ona görə də “Yol departamenti” bu istiqamətdə peşəkar resursların inkişaf etdirilməsi məsələsi müşahidə edir.

Avrasiya Sabitləşdirmə və inkişaf fondunun nümayəndəsi Vasili Qluxov layihənin səmərəli həyata keçirilməsi üçün maksimumu etməyə hazır olduqlarını vurğulayıb. Avrasiya fondunun missiyasının üzvləri Sünik rayonuna səfərlə bağlı öz müşahidələrini təqdim edərək, təəssüratların müsbət olduğunu qeyd ediblər. Podratçı tərəfindən aktiv səfərbərlik işləri aparılır, çox yaxın vaxtlarda tikintiyə başlanılacaq ərazilər artıq görünür.

Görüş ərzində Şimal-Cənubun cənub hissəsinin tikintisi zamanı yerli tikinti təşkilatlarının potensialının cəlb edilməsi məsələsi müzakirə olunub. Qor Avetisyan belə böyük beynəlxalq layihələrin ölkəmizdə də tikinti daxili gücünü inkişaf etdirdiyini xüsusilə qeyd etdi. Xüsusilə, Kacaran-Aqarak yolunun tikintisi layihəsi çərçivəsində çoxlu körpülər və tunellər tikiləcək və bu təcrübə Ermənistanda körpü tikintisi və tunel tikintisinin inkişafı üçün əsas ola bilər.

Avetisyanın sözlərincə, son illərdə dövlət tərəfindən yol tikintisi sahəsində edilmiş böyük investisiyalar yerli təşkilatların güclənməsinə töhfə verib.

“Yol departamenti”ndən xatırladırlar ki, Kacaran-Aqarqk hissəsində 32 km yol, 17 körpü, 2 tunel (ümumi uzunluğu 900 m-ə yaxın) və 5 nəqliyyat qovşağı tikiləcək.

Daha çox göstər
Back to top button