BaşlıcaSiyasət

“Türkiyə ilə münasibətlərimizin yaxşılaşması Ankaranın siyasi iradəsindən asılıdır”: Rubinyan

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyənin CNN türk telekanalına müsahibə verib.

O, Ermənistan-Türkiyə danışıqlarının gedişi ilə bağlı rəsmi məlumat təqdim edib və türk həmkarı ilə sonuncu rəsmi görüşün 1,5 il əvvəl Vyanada baş tutduğunu xatırladıb.

O vurğulayıb ki, bu görüşdə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə qərar qəbul edilib, lakin Türkiyə tərəfi hələlik addım atmayıb.

“Biz Ermənistan-Türkiyə münasibətlərini tənzimləməyə hazırıq, lakin bu, Türkiyə tərəfinin siyasi iradəsindən asılıdır. Türkiyə tərəfinin belə bir iradəsi olsa, biz bu gün bu məsələni həll edə biləcəyik”, – Ruben Rubinyan bildirib.

Daha çox göstər
Back to top button