BaşlıcaİctimaiyyətSiyasət

Ermənistanda Sentyabrın 17-20-də Ümumdünya erməni sammiti keçiriləcək

Ermənistan Respublikasının Spyurk məsələləri üzrə baş komissar aparatının təşkil etdiyi Ümumdünya erməni ikinci sammiti Sentyabrın 17-20-də Ermənistanda keçiriləcək.

Baş komissar aparatının yaydığı məlumatda bildirilir ki, sammit Spyurkun və Ermənistanın təxminən 1000 nümayəndəsini qəbul edəcək. Ermənistan və Spyurkun hazırkı çağırışları və problemləri, davamlı inkişaf imkanları, indiki və gələcəyin ən mühüm məsələləri müxtalif formatlar çərçivəsində brigə platformada müzakirə olunacaq. Milli təhlükəsizlikdən ali texnaliqiyalara, iqtisadiyyata, elmə, vətənə qaytarılmaya və Spyurk icmalarının həyat qabiliyyətinə qədər.

“Ermənistan-Spyurk sağlam əməkdalığının baş şərti səmimi dialoqdur. Ümumerməni reallığının mövcud çağırışlarına qalib gəlmək işində ümumerməni birliyi, idealogiya və həll yollarının birləşməsi indiki islahat və davamlı inkişaf üçün yeganə rəhbər yoldur.

Spyurk və vətənin cəlb edilmə və inklüzivliyin yeni imkanları və yollarına ehtiyacı var. Ermənistan Spyurkda və Spyurk Ermənistanda ümumerməni reallığının bütün inkişaf proseslərində maksimum iştirak edərək gündəlik mövzularına çevriməlidirlər.

Bu birgə işi və ikitərəfli məsuliyyəti yaratmaq yolunda erməni reallığının iki mərkəzi olan Ermənistan dövləti və erməni Spyurku dialoq və əməkdaşlığın yeni və dinamik platformalarına ehtiyac var. Ümumdünya erməni sammitləri, ilk növbədə, strateji müzakirələr, qarşılıqlı anlaşma və həll yollarının platformalarıdır” – deyə Baş komissar Zareh Sinanyan sammitin əhəmiyyətinə toxunaraq qeyd edib.

Sammitdə iştirak etməkdə maraqlı olan Spyurk icmalarında fəal iştirak edən alimlər, peşəkar qrupların nümayəndələri, ümumerməni, gənclər, mədəni, təhsil, biznes və digər qurumların üzvləri ərizə təqdim edə bilərlər. İştirakçıların yekun seçimi müsabiqə yolu ilə həyata keçiriləcək.

Daha çox göstər
Back to top button