BaşlıcaEkonomika

Ermənistanın Baş naziri DB Avropa və Mərkəzi Asiya regionu üzrə sədr müavinini qəbul edib

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Dünya Bankının (DB)Avropa və Mərkəzi Asiya regionu üzrə sədr müavini Antonella Bassanı qəbul edib.

ER Baş naziri administrasiyasının mətbuat xidmətindən   verilən məlumatdan aydın olduğu kimi, Nikol Paşinyan ER hökuməti ilə Dünya Bankı arasında müxtəlif istiqamətlərdə, o cümlədən Ermənistanda həyata keçirilən islahatların səmərəli həyata keçirilməsində əməkdaşlığı yüksək qiymətləndirib.

 Xüsusilə, Nikol Paşinyan infrastrukturun inkişafı, enerji, nəqliyyat, təhsil sahələrində həyata keçirilən birgə layihələrin və onların gələcək davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıb.

Antonella Bassan da Ermənistan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və Ermənistanın önəmlikləri nəzərə alınmaqla Ermənistanla tərəfdaşlıq strategiyasının hazırlanmasının son mərhələdə olduğunu qeyd edib.

Həmsöhbətlər Tavuş vilayətində birgə həyata keçirilən təhsil pilot proqramının nəticələrindən razı qaldıqlarını bildiriblər və onun digər bölgələrdə də həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Həmçinin yuxarıda qeyd olunan istiqamətlər üzrə gələcək əməkdaşlıq, Dağlıq Qarabağdan məcburi köçkünlərin humanitar problemləri, Ermənistan hökumətinin təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsi və onun prinsipləri müzakirə olunub. Tərəflər regional infrastrukturun açılmasını vurğuladılar, suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinin ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə etdilər.

Daha çox göstər
Back to top button