BaşlıcaSiyasət

Ermənistanla Misir arasında sənədlər imzalanıb

Misirə rəsmi səfərdə olan baş nazir Nikol Paşinyan ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Əvvəlcə iki ölkə liderləri arasında təkbətək söhbət olub, daha sonra müzakirələr geniş tərkibdə davam etdirilib.

Misir prezidenti baş nazir Paşinyanın rəsmi səfərini alqışlayıb və bunun Misir və Ermənistan arasında çoxsahəli əməkdaşlığın inkişafına və genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb. Əbdülfəttah əs-Sisi erməni və Misir xalqları arasında çoxəsrlik sıx əlaqələrin olması faktını vurğulayaraq əlavə edib ki, Misirin erməni icmasının müxtəlif sahələrin inkişafında özünəməxsus rolu var.

Baş nazir Paşinyan səmimi qəbula görə təşəkkür edib və əlavə edib ki, ER hökuməti Misirlə əlaqələrin genişləndirilməsində və dərinləşməsində maraqlıdır. 

Ermənistanın baş naziri və Misir prezidenti iqtisadiyyat, infrastruktur, turizm, aviasiya, yüksək texnologiyalar, kənd təsərrüfatı, ətraf mühit, təhsil, mədəniyyət sahələrində birgə yeni proqramların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Həmsöhbətlər Cənubi Qafqazda və Yaxın Şərqdə baş verən proseslərlə bağlı məsələləri də müzakirə ediblər. Hər iki tərəf sülhün və sabitliyin möhkəmləndirilməsini və bu istiqamətdə ardıcıl addımların atıldığının vacibliyini vurğulayıb.

Baş nazir Paşinyan misirli həmkarına Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə aparılan müzakirələrin təfərrüatlarını təqdim edib və Ermənistan tərəfinin prinsipial mövqelərinə toxunub. Həmçinin ER hökumətinin “Sülhün kəsişməsi” layihəsinə və onun prinsiplərinə də toxunulub.

Nikol Paşinyan Dağlıq Qarabağdan məcburi köçkün düşmüş insanların humanitar problemlərinə və onların həlli üçün ER hökumətinin atdığı addımlara da toxunub.

Nikol Paşinyan və Əbdülfəttah əs-Sisinin görüşündən sonra iki ölkə liderlərinin iştirakı ilə Ermənistan və Misir arasında sənədlərin imzalanması mərasimi olub.

Daha çox göstər
Back to top button