Yunanıstanın Milli Müdafiə naziri Nikos Dendias müdafiə sahəsində Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığını uğurlu hesab edir və Ermənistan-Yunanıstan-Fransa-Hindistan dördtərəfli əməkdaşlığının mümkün olduğuna inanır.
“Biz Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratdıq. Amma Fransa və Hindistanla, mühüm ölkələrlə, mühüm dövlətlərlə, Ermənistan və Yunanıstanın çox güclü ortaq dostları ilə başqa üçtərəfli və ya dördtərəfli münasibətlər ola bilər” – deyə Ermənistanın Müdafiə naziri Suren Papikyanla Yerevanda görüşdən sonra yazıb. Nikos Dendias bildirib.