Sorbon universitetində Dağlıq Qarabağa həsr olunmuş konfrans keçirilib
Martın 1-də Fransanın nüfuzlu Sorbon universitetində “Ermənistan – Dağlıq Qarabağ: Xalq hüquqları və dövlətlərin hüquqları” başlığı ilə konfransı keçirilib. Onu “Sorbon-BMT” birliyi “Satar Artsaxa”( Artsaxa dəstək olun) təşkilatı ilə birgə təşkil edib.
Konfransda ER-ın Fransadakı səfiri Hasmik Tolmacyan, Avropa Parlamentinin deputatı, Avropa Şurasının Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Natali Luazo(Natali Loiseau), Dağlıq Qarabağın nümayəndəsi Hovannes Gevorqyan, Paris merinin müavini Arnaud Nqatça(Arnaud Ngatcha), “Le Figaro Magazine” nəşrinin direktor müavini Jan-Kristof Buisson, “Défis humanitaires” jurnalının sədri, “Beynəlxalq həmrəylik” humanitar assosiasiyasının təsisçisi-prezidenti Alain Boinet çıxış ediblər.
Natiqlər Ermənistan və Dağlıq Qarabağın üzləşdiyi tarixi və müasir çağırışlara, eləcə də Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi kontekstində beynəlxalq hüququn iki əsas prinsipi olan xalqların öz müqəddəratını təyinetmə hüququna və ərazi bütövlüyünə toxunmuşlar.
Konfransda həm Sorbon universitetinin, həm də Sians Po Paris Siyasi elmlər universitetinin müəllim və tələbələri, jurnalistlər və ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.