BaşlıcaSiyasət

Bəyanat: “Artsax parlamenti Azərbaycanın vandalism  siyasətini məhkum edir”

Azərbaycanın vandalizm siyasətini məhkum edən Artsax Respublikasının parlamenti bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycanın Artsaxda başlatdığı genişmiqyaslı müharibədən və tam işğalından sonra bir çox orta əsr mənəvi mərkəzləri, təhsil kompleksləri və Artsaxın tarixi və mədəniyyət  dəyərlərini təmsil edən abidələr, binalar və tikililər təhlükə altındadır.

Müxtəlif beynəlxalq platformalarda sülhlə bağlı özünün nümayişyanə bəyanatlarına baxmayaraq, Azərbaycan açıq şəkildə erməni xalqına qarşı soyqırımı planların son həddə çatdırmağ niyyətindədir.

Bu, daha çox erməni xristian tarixi və mədəniyyətinin, azadlıq mübarizəsinin və dövlət quruculuğunun rəmzi olan abidələrin təhqir edilməsində, dağıdılmasında və ya “alban mənşəli” adlanan yerdə ifadə olunur.

Vandalizmin ən son təzahürləri Stefanakertdəki Surb Hovan Ana Məbədinin təhqiramiz mənzərəsi, Artsax Respublikası parlamentinin və Azadlıq Döyüşçülər Birliyi binalarının yerlə-yeksan edilməsidir.

Silahlı münaqişədə dəyərlər haqqında 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən, mədəniyyət  irsə qarşı hər hansı vandalizm, oğurluq, talan, mənimsəmə, düşmənçilik və ya repressiya hərəkətləri qəti qadağandır.

YUNESKO Artsaxın tarixi-mədəni irsinin dağıdılmasının dayandırılması ilə bağlı bir neçə dəfə çağırışlar etsə də, missiya göndərmək vədləri olsa belə , Azərbaycan tərəfindən də süni maneələr yaratmaq bəhanəsi ilə hələ də Artsaxa bir missiya göndərilməyib.

Artsax Respublikasının parlamenti Azərbaycan hakimiyyətinin erməni izlərini aradan qaldırmaq məqsədilə vəhşi hərəkətlərini pisləyir və hüquq müdafiə təşkilatlarından, ER hakimiyyətindən Azərbaycanın mədəniyyətə zidd hərəkətləri ilə bağlı bütün faktları bir-bir təqdim etməyi tələb edir.

Daha çox göstər
Back to top button