BaşlıcaSiyasət

ER Baş naziri və ƏDL-ın baş katibi Cənubi Qafqaz və Yaxın Şərq proseslərinə istinad ediblər

Qahirədə Baş nazir Nikol Paşinyan Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbul Qeyt ilə görüşüb.

Ermənistan baş nazirinin administrasiyasından verilən məlumata görə, Əhməd Əbül Qayt ER hökuməti ilə müxtəlif beynəlxalq məsələlər, o cümlədən mövqe və mülahizələrin təqdim edilməsi üzrə əməkdaşlığı xüsusiylə  vurğulayıb.

Əhməd Əbul Qayt erməni və ərəb xalqları arasında çoxəsrlik sıx əlaqələrin olduğunu və bunun əməkdaşlığın inkişafı üçün yaxşı əsas olduğunu bəyan  edib.

Mənbənin məlumatına görə, Baş nazir çıxışında Cənubi Qafqaz regionunda gedən proseslər, Ermənistan-Azərbaycan sülh müqaviləsinin müzakirəsi və Dağlıq Qarabağdan məcburi köçkünlərin humanitar problemlərindən danışıb.

Nikol Paşinyan Ermənistan  hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsinin təfərrüatlarını təqdim edərək  əlavə edib ki, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsiplərinə əsaslanaraq Ermənistan regional nəqliyyat marşrutlarını blokdan çıxarmağa hazırdır.

Qeyd olunur ki, həmsöhbətlər həmçinin Yaxın Şərq regionunda, xüsusən də Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Sülhün və sabitliyin bərqərar olması istiqamətində ardıcıl addımların həyata keçirilməsi vurğulanıb.

Daha çox göstər
Back to top button