Başlıcaİctimaiyyət

Facebook, Instagram, YouTube, Google və digər xidmətlərin kütləvi şəkildə kəsilməsinin səbəbi nə idi?

Dünən Meta şirkətinə məxsus “Facebook”, İnstagram” və digər sosial platformaların fəaliyyətində problem yaranıb. Dünya üzrə istifadəçilər öz şəxsi hesablarına daxil ola bilməyiblər və avtomatik çıxışla üzləşiblər.

Dünyanın bir sıra nüfuzlu media qurumları sosial platformaların çökməsinə səbəb kimi Husilərin Qırmızı dənizin altındakı üç qlobal internet və telekommunikasiya kabelini zədələməsi göstərilir.

Belə ki, “Sky News” Husilərin Qırmızı dənizin dibindəki HGC Global Communications kabellərini zədələdiyini, Avropa, Asiya və Afrika arasında əlaqəni 25 faiz kəsdiyini açıqlayıb.

“Meta” şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib. E.Stoun “X” səhifəsində müvafiq məzmunlu yazı dərc edib.

“Sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik”, – şirkət nümayəndəsi vurğulayıb.

Daha çox göstər
Back to top button