BaşlıcaSiyasət

Hindistan Azərbaycan, Pakistan və Türkiyə arasında artan yaxınlaşmadan narahatdır: Bharat Shakti

Hindistan Ermənistan və Azərbaycan arasında olan münaqişədən, eləcə də Azərbaycan, Pakistan və Türkiyə arasında artan yaxınlaşmadan narahatdır və bunun fonunda 2023-cü ildə Hindistan, İran və Ermənistan “Şimal-Cənub beynalxalq nəqliyyat dəhlizinin rabitəsini” genişləndirmək üzrə üçtərəfli razılaşma imzalayıblar. Bu barədə hind Bharat Shakti mətbuat nəşri yazıb.

Hindistan və Ermənistan arasında mədəniyyət, ticarət və müdafiə sahələrində uzun illər davam edən əməkdaşlıqdan sonra Yerevan son zamanlar Hindistan istehsalının, o cümlədən müdafiə xarakterli məhsullarının ən böyük idxalçılarından birinə çevrilib.

İkitərəfli ticarət 2017-2018-ci illərdə 33,91 milyondan 2021-2022-ci illərdə 162,32 milyona artırıb. İkitərəfli ticarət və investisiyalar 2019-cu ildə yaradılmış Hindistan-Ermənistan Birgə işgüzar şurasının təşəbbüsü ilə formalaşıb. O, Avrasiya iqtisadi Birliyi və Hindistan arasında azad ticarət sazişi vasitəsilə genişləndirilə bilər.

Hindistan və Ermənistan mühüm hərbi müqavilələr, o cümlədən Pinaka reaktiv yaylım atəşi sistemlərinin və tank əleyhinə raketlərin idxalı barədə imzalayıblar. Ermənistan “Akaş” hava hücümündən müdafiə sistemini də ala bilər.

2022-ci ildən Hindistan davamlı olaraq Ermənistana müdafiə tədarüklər həyata keçirir. 2020-ci ildə Ermənistan Hindistandan “SWATHI” silahının izləmə radar sistemi alıb. 2022-ci ildə raket və döyüş sursatların ixracına dair müqavilə imzalanıb.

2023-cü ilin Avqustunda Ermənistan Hindistanın qabaqcıl yedəkli artilleriya sistemlərinin (ATAGS) ilk partiyasını alıb.

Daha çox göstər
Back to top button