BaşlıcaSiyasət

Türkiyə Baş nazirinin keçmiş müavini: “Türkiyə 1915-ci ilə görə ermənilərdən üzr istəməli oldu”

Türkiyənin keçmiş Baş nazirinin müavini, keçmiş Xarici işlər naziri və müxalifətdə olan Xalq Cümhuriyyət partiyasının keçmiş sədri Hiktət Çetin mətbuata müsahibəsində qalmaqallı açıqlama verib.

Hikmət Çetin türkiyəli Artıgerçəklə söhbətində deyib ki, Türkiyə hakimiyyəti Dersim qırğını və 1915-ci il hadisələrini ictimaiyyətə təqdim etməli idi. O, qeyd edib ki, dövlət bir çox xoşagəlməz hadisələrin baş verdiyini qeyd edib üzr istəməli idi.

Hikmət Çetin xatırladıb ki, onun Xarici işlər naziri olduğu müddətdə Ermənistan müstəqil olub, Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.

Daha çox göstər
Back to top button