BaşlıcaSiyasət

Armen Qriqoryan: “Rusiya tək bizimlə deyil ki, pis rəftar edir, Qərbpərəstləri  başqa yerdə axtarın”

Qərbdən heç bir məcburiyyət yoxdur, Ermənistan tərəfindən  heç kim Rusiya ilə münasibətləri korlamayıb. Bu barədə, martın 6-da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə “KP” fraksiyasının deputatları ilə görüşdən sonra jurnalistlərlə söhbətində bildirib.

“Bizi mütəmadi olaraq Ermənistanla Rusiya arasında münasibətləri bizə görə pozmaqda ittiham edirlər. Amma gəlin bunu daha geniş şəkildə ortaya qoyaq və anlamağa çalışaq ki, Rusiya digər ölkələrlə də münasibətləri korlayıbmı? Baxsaq görərik ki, Ermənistanın oxşar nümunələri çoxdur, yalnız Ermənistan deyil. Rusiya  yalnız bizimlə pis rəftar etmir.

Əgər kimsə çoxlarıyla  pisdirsə, bu, çoxunun problemi deyil, bir nəfərin problemi ola bilər. Mən başa düşmürəm ki, nədəndir ki,hər dəfə günah Ermənistanda olur?.

Eyni zamanda Rusiyanın hamı ilə münasibətlərinin hamar olmadığını görürük. Bəs jurnalistlərimiz bu sorğu-sualı dəyişə bilərmi, hər dəfə  eyni suallarla bizi sorğu-suala tutmasınlar, həmin sualı   Rusiyaya yönəltsinlər” – deyə o, bildirib.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan Qərbə getməkdə ittiham olunur. “Ukraynadakı müharibə hazırda Qərbi ən çox gücləndirən amildir. Bu müharibə nəticəsində NATO genişləndi.

Ukrayna müharibəsindən sonra Avropa Birliyi birləşdi, ABŞ hərbi sənayesi də bu müharibəyə görə çox intensiv inkişaf edir.

 NATO ən güclüdür. İndi sual verə bilərikmi ki: biz Qərbi gücləndiririk, yoxsa bu müharibəni aparmağa qərar verən?  Nəticədə Qərb gücləndimi? Odur ki, bu kontekstdə Qərbpərəstləribaşqa yerdə, Ermənistandan kənarda axtarmaq lazımdır, Ermənistandan kənarda”.

Daha çox göstər
Back to top button