BaşlıcaSiyasət

Rusiyadan hərbi texnikanın əldə edilməsi 96 faizdən 10 faizdən də aşağı enib : TŞ katibi

Hazırda Ermənistan diversifikasiya siyasəti həyata keçirir. Bu barədə Martın 6-da Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Parlamentdə jurnalistlərlə söhbətində bildirib.

“Mən qeyd etdim ki, Rusiyadan hərbi texnikanın əldə edilməsi 96 faizdən 10 faizdən də aşağı enib. Bu o deməkdir ki, Ermənistan diversifikasiya həyata keçirir və Ermənistan yalnız Qərbdə deyil, həm də digər yerlərdə, o cümlədən Asia, Hindistan və müxtalif istiqamətlərdə tərəfdaşlar əldə edir”-deyə Armen Qriqoryan sözün həm hərbi, həm də iqtisadi istiqamətləri barədə olduğunu əlavə edib.

“Yanvarda BƏƏ ilə xarici ticarət dövriyyəsi 16 faizə çatıb. Ötən ilin Yanvarında bu, 4 faiz idi. Bu o deməkdir ki, böyük dəyişikliklər baş verib, Ermənistan iqtisadiyyat, siyasət, təhlükəsizlik sahəsində diversifikasiya siyasəti həyata keçirir.

Ermənistan heç bir yerə getmir, Ermənistan həmçinin regionallaşma siyasəti aparır, Qərblə yaxşı münasibətlər var və bütün qoşunlarla, o cümlədən Türkiyə, Azərbaycanla yaxşı münasibətlər qurmağa çalışır. Bizim gündəmimiz budur, hər şey aydındır”.

Daha çox göstər
Back to top button