BaşlıcaSiyasət

Ermənistan daha 84 ədəd Hindistanın “ATAGS” artilleriya sistemi alacaq: Army Recognition

“Army Recognition” nəşri məlumat verir ki, Ermənistan öz artilleriya qabiliyyətini gücləndirmək üçün Hindistandan155 milyon dollar dəyərində 155mm çaplı 84 ədəd “ATAGS” qabaqcıl artilleriya sistemi almaq qərarına gəlib.

“ATAGS” raketlərinin uçuş məsafəsi 48 km-dir. 2023-cü ildə Ermənistan bu artilleriya sistemindən 6 ədəd əldə edib və Hindistan şirkətləri ilə “MarG 155” özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınmasına dair müqavilələr imzalayıb.

“Ermənistan tərəfindən “ATAGS”-in əldə edilməsi regionda artan gərginlik fonunda baş verir. Ölkə mövcud təhlükəsizlik çağırışlarına, xüsusuilə Azərbaycanla münaqişəyə cavab olaraq öz silahlı qüvvələrini modernləşdirməyə çalışır.  Həmin müqavilə Hindistan və Ermənistan arasında müdafiə münasibətlərində təkcə vacib hadisə deyil, həm də Hindistanın beynalxalq müdafiə bazarında oyunçu kimi artan rolunu göstərir”-deyə nəşr yazır.

Daha çox göstər
Back to top button