Başlıcaİctimaiyyət
Fransanın Ermənistandakı səfiri “Mənim evim Artsaxdadır” sərgisində iştirak edib
Yerevanın Tamanyan muzeyində açılan “Mənim evim Artsaxdadır” adlı sərgi evlərini tərk etməyə məcbur olmuş Dağlıq Qarabağ ermənilərinin həyatına həsr olunub.
Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye De Kotini X-də yazıb.
“Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınlara onların hüquqlarını, ilk növbədə geri qayıtmaq hüququnu pozmadan dəstək göstərilməlidir”, – deyə səfir yazıb.