BaşlıcaSiyasət

Xİ naziri Mirzoyan: “Biz üçüncü ölkələrin Ermənistan ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etmək səylərinin əleyhinəyik”

Biz Ermənistan ərazisindən keçən kommunikasiya yollarında malların və insanların təhlükəsizliyini təmin etmək üçün üçüncü ölkələrin əleyhinəyik. Bu barədə ER Xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin “Anadolu” agentliyinə verdiyi  müsahibəsində bildirib.

“Regiondakı nəqliyyat marşrutları yerləşdikləri ölkənin suverenliyi və yurisdiksiyasında olmalıdır. Bərabərlik və qarşılıqlılıq prinsipləri də vacibdir. Proses məhz bu prinsiplər üzərində qurulmalıdır” – deyə o bildirib.

Ermənistanın Xarici işlər naziri əlavə edib ki, eyni bərabərlik prinsipi Azərbaycandan keçən nəqliyyat kanallarına da şamil olunacaq və oradan keçən yollarda da eyni yurisdiksiya Bakıya aid olmalıdır.

Mirzoyan Azərbaycan tərəfinin bu mövzuya adekvat cavab vermədiyini vurğulayıb. “Ermənistan nəqliyyat kanallarının açılmasında maraqlıdır. Əvvəla, regional nəqliyyat kanallarının açılması bizim üçün də çox vacibdir, bu, həm də bizə böyük iqtisadi səmərə verəcəkdir. Ermənistanın gündəmə gətirdiyi “Sülh yollarının kəsişməsi” proqramı iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regionda sabit sülhün təminatıdır” – deyə  Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button