BaşlıcaSiyasət

İspaniyalı deputat Azərbaycanın hərəkətlərini BMT normalarının ən kobud şəkildə pozulması hesab edir

İspaniyalı deputat Con İnyaritunun fikirincə, Azərbaycan rejiminin əl atdığı hərəkətlər Birləşmiş Millətlər təşkilatının nizamnaməsinin beynalxalq norma və prinspilərinin ən kobud şəkildə puzulmasıdır.

“Həmin normalar mütləq güc tətbiqi və suveren xalqların ərazi bütövlüyünün pozulmasını qadağan edir. Azərbaycan tərəfindən həyata keçirilən davamlı pozuntular təkcə regional sabitliyə xələl gətirmir, həm də qonşu dövlətlər arasında etimadın və əməkdaşlığın əsaslarını sarsıdır” – deyə deputat jurnalistin Azərbaycanın 2021-ci ildən bəri bir neçə dəfə hücum və bəzi ərazilər işğal edərək Ermənistan Respublikasının ərazi bütövlüyünü pozduğunu müşahidəsinə toxunaraq vurğulayıb.

Deputatın sözlərinə görə, bu hal beynəlxalq ictimaiyyət üçün imperativdir ki, Əliyev rejiminə qarşı qəti tədbirlər görülsün.

“Bu narahatedici hadisələrə baxmayaraq, Avropa Birliyi Azərbaycana və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməkdən çəkinib. Bu pozuntuların aradan qaldırılmaması nəinki növbəti təcavüzü təşviq edir, həm də bütün regionun sülh və təhlükəsizliyini təhdid edən təhlükəli presedent yaradır”- deyə o, bildirib.

Azərbaycan tərəfindən qanunsuz saxlanılan erməni hərbi əsirlərin, Dağlıq Qarabağın keçmiş rəhbərləri də daxil olmaqla,  probleminə toxunan ispaniyalı deputat bildirib ki, onlar azad buraxılmalıdır ki, öz ailələri ilə yenidən birləşə bilsinlər.

“Əliyev rejimi altında olan azərbaycanlı siyasi məhbuslara, dissidentlərə və jurnalistlərə qarşı insan hüquqlarının sistemli pozulması və məhkəmə prosesə kobud məhəl qoyulmaması ilə xarakterizə olunan münasibət yaxşı sənədləşdirilmişdir. Ona görə də Bakıda qeyri-qanuni saxlanılan bütün erməni məhbuslar azad edilməli və ailələrinə birləşməsinə icazə verməlidirlər. Onların ailələrinə bu cür qovuşmaq təkcə mənəvi imperativ məsələ deyil, həm də regionda barışıq və şəfa üçün mühüm addımdır” – deyə deputat yekunlaşdırıb.

Daha çox göstər
Back to top button