BaşlıcaSiyasət

SQ naziri: “Böyük Britaniya Rusiyadan təhdid olacağı təqdirdə Ermənistanı dəstəkləyəcək”

Böyük Britaniyanın Silahlı Qüvvələri naziri Ceyms Hippi Britaniya parlamentarilərinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının Böyük Britaniyanın müdafiə sənayesi üçün mümkün faydalarını necə qiymətləndirməli olduğu sualını cavablandırıb.

Hippi cavabında bildirib ki, Böyük Britaniya bu qərarı Ermənistanın suveren hüququ kimi tanıyır və “Rusiya tərəfindən qisas təhlükəsi yaranarsa, Avro-atlantik müttəfiqlərimizlə birlikdə Ermənistanı dəstəkləyəcək”.

Eyni zamanda o, qeyd edib ki, Ermənistanın KTMT-yə üzvlüyünün “dondurulması” qurumdan rəsmi çıxmaq demək deyil.

“Böyük Britaniya ATƏT-in silah embarqosunun tərəfidir və buna görə də Böyük Britaniyanın müdafiə sənayesi üçün istənilən fayda mövcud məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir.

Biz daha sıx əməkdaşlıq imkanlarını müəyyən etmək üçün Ermənistanla sıx işləməyə davam edəcəyik”-deyərək  o, Britaniya parlamentinə verdiyi cavabda vurğulayıb.

Daha çox göstər
Back to top button