BaşlıcaİctimaiyyətSiyasət

Britaniyanın elit maşınarı Rusiyada, əsasən, Azərbaycan vasitəsilə peyda olmaqda davam edir: KİV

“Sky News” yazır ki, sanksiyalara baxmayaraq, Britaniya istehsalı olan bahalı avtomobillər üçüncü ölkələr vasitəsilə Rusiyada peyda olmaqda davam edir, onlardan biri də Azərbaycandır.

Jurnalistlər qeyd ediblər ki, sanksiyalardan sonra da Britaniya elit maşınları dolayı yollarla, üçüncü ölkələrin vasitəçləri vasitəsilə Rusiyaya idxal olunur.

2023 ildə Britaniya avtomobillərinin Azərbaycana ixracı müharibədən əvvəlki beş illik dövrlə müqayisədə təxminən 2000 faiz artıb ki, bu da görünməmiş artımdır.

Ölkə gözlənilmədən Avstriya, Portuqaliya və İsveçi qabaqlayaraq Britaniyadan ən böyük 16-cı avtomobil idxalçısı oldu.

Bu, sanksiyalarda əvvəl britaniyalı avtomobillərin Rusiyaya illik ixracına miqdarca müvafiqdir. Eyni zamanda Azərbaycandan Rusiyaya maşınlar ixracının görünməmiş artımı qeyda alınıb.

HMRC-nin məlumatına görə, Azərbaycana ixrac edilən Britaniya avtomobillərinin orta dəyəri 100 min funt-sterlinqdən çoxdur, yəni söhbət elit avtomobillərdən gedir.

Jurnalistlərin mənbələri bildirirlər ki, almaniyalı avtomibillər Rusiyada əsasən Qırğızıstandan, britaniyalılar isə Azərbaycandan peyda olunur.

Avtomobil istehsalçıları  öz məhsullarını Rusiyada satmadıqlarına əmin edirlər. Əslində, məhsulun, şərti olaraq, Azərbaycanda ortaya çıxandan sonra son alıcını tapmaq və məhsulu izləmək demək olar ki, mümkün deyil.

Daha çox göstər
Back to top button