Başlıcaİctimaiyyət

Dağlıq Qarabağda iki azərbaycanlı polis əməkdaşı ölüb

Martın 13-də saat 03 radələrində Dağlıq Qarabağ ərazisində azərbaycanlı polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən ölüb.

Daha çox göstər
Back to top button