Başlıcaİctimaiyyət

İHRPA hakimiyyəti mediaya təzyiqləri dayandırmağa çağırır

Beynəlxalq İnsan Hüquqları Müdafiə Assosiasiyası (International Human Rights Protection Association- İHRPA) ölkədə baş verən son həbslərdən narahatlığını ifadə edib.

Bu barədə İHRPA-in martın 12-də yaydığı bəyanatda qeyd olunub.

İHRPA ifadə azadlığını və əsas insan haqlarının, o cümlədən bu yaxınlarda həbs edilmiş bütün media nümayəndələrinin hüquqlarının qorunmasını vacib sayır:

“Biz Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara – xüsusilə söz və mətbuat azadlığına hörmət etməyə və əsassız həbs edilmiş insanları azad etməyə çağırırıq. Hesab edirik ki, şəxslərin öz düşüncələrini açıq ifadə etdikləri üçün həbs edilməsi yolverilməzdir. Tənqidi səslərə qarşı hökümətin belə aqressiv münasibəti ölkənin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə ziddir. Bütün bunlar siyasi xarakter daşıyır, repressiv tədbirlərdir və dayandırılmalıdır”.

“”AbzasMedia” jurnalistlərinin həbsindən sonra repressiyaların davam edəcəyi ilə bağlı proqnozlar özünü doğrultdu. Bu proseslər son deyil və alternativ səslərin susdurulması davam edəcək. Son dövrlər siyasi hakimiyyətdə təmsil olunan rəsmi şəxslər xaricdə yaşayan fəalları hədələyir və onların susdurulmasına çağırışlar edirlər. Bu xaricdə yaşayan fəalların həyatlarının real təhlükədə olduğunu göstərir. Dünyada insan hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlər bu məsələdə diqqətli olmalıdır”, – deyə bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button