BaşlıcaSiyasət

DQ ermənilərinin hüquqlarının ünvanlaması həmişə AB-nin diqqətində olmalıdır: İspaniyalı deputat

İspaniyalı deputat Con İnyaritunun fikirincə, Dağlıq Qarabağdan məcburi köçürülmüş erməni əhalisinin hüquqlarının ünvanlaması həmişə beynalxalq ictimaiyyətin diqqətində olmalıdır və bu istiqamətdə Avropa Birliyi kimi təşkilatlar tərəfindən dəqiq addımlar lazımdır.

Bu barədə deputat müxbirin sualını cavablandırarkan əlavə edib ki,  hazırda digər mövcud olan və siyasi xaidmlərin və mətbuat vasitələrinin diqqətində olan münaqişələrə(Ukrayna, İsrail-Fələstin) baxmayaraq, Dağlıq Qarabağda 6 ay əvvəl baş vermiş ağrılı hadisələri diqqətdən kənarda qalmamalıdır.

“Günahsız vətəndaşların faciəli vəziyyəti və iztirabı beynalxalq ictimaiyyətdən, xüsusilə AB kimi təşkilatlardan dərhəl diqqət və addımlar tələb edir”- deyə o, vurğulayıb.

İnaritunun müşahidəsinə görə, zorakılıq və təqiblərdən xilas olmaq üçün evlərini tərk etməyə məcbur olmuş yüz mindən çox məcburi köçkün Artsax ermənisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyətin müdaxiləsinə təcili ehtiyac var.

Deputatın fikirincə, erməni xalqının ən yeni tarixi min illər boyu həmin torpaqlarda (Dağlıq Qarabağda) yaşaması ilə əlamətdardır, lakin indiki halda Azərbaycanın işğalçılıq siyasəti nəticəsində bu torpaqlar ermənilərsiz qalıb.

“Son illərdə biz Azərbaycan rejimi tərəfindən həyata keçirilən etnik təmizləmələrin sürətli axınının şahidi olduq ki, onun ilkin mərhələsi 2020-ci ildə Türkiyənin dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı müharibə ərzində başlayıb. Bundan sonra 2023-cü ilin Sentyabrında zorakılığın ikinci dalğası olub”-qeyd edərək deputat əlavə edib ki, həmin hadisələr təəssüf ki, erməni əhalisinin öz ata-baba yurdlarından tamamilə yox olmasına gətirib çıxarıb.

“Avropalılar olaraq biz çox vaxt özümüzü insan haqlarının müdafiəçisi elan edirik. İndi bu öhdəliyi qeyri-müəyyən siyasi ritorika ilə yox, konkret fəaliyyətlə nümayiş etdirməyin vaxtıdır. Bu humanitar böhranı aradan qaldırmaq və insan hüquqlarının müdafiəsi prinsiplərimizi saxlamaq üçün qətiyyətli addımlar atmağımız zəruridir” – deyə Con İnaritu yekunlaşdırıb.

Daha çox göstər
Back to top button