BaşlıcaSiyasət

Azərbaycan təkzib yolu ilə itkin düşmüş şəxslərin tapılması məsüliyyətini inkar edir

“Radiolur”un həmsöhbəti beynalxalq hüquq üzrə mütəxəssis, “Beynalxalq və müqayisəli hüququ mərkəzi”nin sədri Siranuş Sahakyandır

-“Beynalxalq və müqayisəli hüququ mərkəzi” itkin düşmüş şəxslərin quhumları adından BMT Məcburi və yə zorla itkin düşmüş şəxslərin məsələləri üzrə işçi qrupuna işləri təqdim edib. Bu addımın baş məqsədi nədir və siz BMT işçi qrupundan hansı gözləntiləriniz var?

– Bizim prioritetimiz itkin düşənlərin taleyinin üzə çıxarılmasıdır və biz problemin həllinə dəstək verə biləcək istənilən mexanizmdən intensiv şəkildə istifadə edirik. Əlbəttə ki, bu şəxslərlə bağlı gedən məhkəmə prosesləri də var ki, bunlar da əsasən dövlətlərarası şikayət çərçivəsindədir. Biz tamamlayıcı mexanizm kimi işçi qrupunu seçmişik. Sonuncular cavab verən dövlətə sorğu göndərmək, məlumat tələb etmək, itkin düşmə halları ilə bağlı araşdırma aparmaq hüququna malikdir. Həm də hallı öz diqqətində saxlamaqla onlar öz hesabatlarında problemləri qeyd edə və BMT-nin digər qurumlarının, o cümlədən İnsan hüquqları şurasının diqqətini cəlb edə bilərlər.

-Söhbət neçə itkin düşmüş şəxslər barədədir və onlar hansı şəraitdə itkin düşüblər?

-Bu anda ərizəni 8 şəxs adından təqdim etdik, lakin bizim daha çox şəxsin itkin düşməsi barədə məlumatlarımız var, sadəcə olaraq, ərizənin hazırlanmasından əvvəl hallar aydınlaşdırılır. Bundan əlavə, biz ailələrlə işləyirik ki, proses üçün vacib olan müvafiq razılıqlar da verilsin. Prosesdə sayının tədricən artacağını da istisna etmirik. Onların yoxa çıxma şəraiti 2023-cü ilin Sentyabr hücumu ilə bağlıdır. Onlar ya könüllü, ya da məcburi hərbi xidmətə cəlb olunub və döyüş əməliyyatları çərçivəsində itkin düşüblər. Qalan hallar fərdidir, müəyyən bir müddətə qədər ailə əlaqə saxlaya bildi. Bizdə həmçinin digər hərbçilərin itkin düşdüyü yerdən çıxa bildiyi hallar var və onlar da son məlum hallar barədə məlumat veriblər.

-Faktaraşdırma işləri nəticəsində Sentyabrın 19-da baş vermiş hərbi əməliyyatlar nəticəsində itkin düşmüş hərbi xidmətçilər və mülki şəxslər barədə hansı təfərüatlar məlum olub?

-13 nəfər barədə məlumatlarımız bar, onlardan 8-i ilə bağlı artıq ərizələri təqdim edilib, lakin digər mənbələrdən mənə rəqəmin daha çox olduğunu məlumat verilib, təfərüatları bildrimək çətindir, çünki bu əlavə hallar araşdırılır, tamamlayacanda, hesab edirəm ki, neçəsinin mülki şəxs, neçəsinin hərbçi olduğu haqqında dəqiq statistika verə biləcəyik, və niyə yox, regiona və yə digər amillərə görə yoxa çıxma şəraitini təfərrüatlandırmaq olar.

-Son 3 il ərzində hərbi əməliyyatlar nəticəsində itkin düşmüş şəxslərin işləri göstərir ki, Azərbaycan əsasən sübutları təkzib edir və bu şəxslərin Azərbaycanda olmamasını bildirir. Bu baxımdan hansı mərhələdəyik?

– Düz deyirsiniz, yanaşma ümumiyyətlə mənfidir və bizi narahat edən də budur. Onlar həmçinin imtina yolu ilə məsuliyyəti inkar etməyə çalışırlar və düşünürəm ki, bu məsuliyyət ciddidir və biz hətta yaşamaq hüququnun pozulması hallarını da üzə çıxara bilərik. Davam edən hüquqi proseslərdə məhkəmə və ya kvazi-məhkəmə instansiyaları yekun qiymət verəcək və faktları qeydə alacaq. Gələcək qarşılıqlı əlaqələrdə biz məhkəmə və ya digər proseslərlə müəyyən edilmiş faktlara və sübutlara istinad edəcəyik.

– BMT-nin Məcburi və ya zorla itkin düşmüş şəxslər üzrə işçi qrupuna itkin düşənlərlə bağlı işlərin təqdim edilməsi halları keçmişdə olubmu? Bu halların hansı taleyi oldu?

– Bəli, əvvəllər 6 zorla yoxa çıxma faktını həmin işçi qrupuna təqdim etmişik, sorğularımız var, mənfi cavabımız var. Bizdə belə hallar var ki, bu komitə işi qızışdırıb, birbaşa öz hesabatlarında əks etdirib və biz də bunu vurğulayırıq. Üstəlik, dövlətdən verilən cavablar həmin işçi qruplarını qane etmədikdə, onlar qəbul etdikləri sənədlərdə bu halları xüsusilə itkin düşmə halları kimi göstərirlər ki, bu da beynəlxalq strukturların diqqətində olmalıdır. Bu yolla biz məsələni aktual saxlayır və israr edirik ki, bu şəxslərin taleyinin aydınlaşdırılması üçün davamlı səylər göstərilsin.

Daha çox göstər
Back to top button