BaşlıcaSiyasət

Gürcüstanın Baş naziri Ermənistana səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze tezliklə Azərbaycana və Ermənistana səfər edəcək.

“Bu şənbə səfər Azərbaycana, bir həftə sonra isə Ermənistana olacaqdır” – “Nevsgeorgia”-nın  məlumatına görə   Kobaxidze jurnalistlərə söhbətində bildirib.

Onun sözlərinə görə, Bakıda və Yerevanda  keçiriləcək görüşlərdə “bütün vacib məsələlər, o cümlədən sülhün təmin edilməsi” müzakirə olunacaq.

“Regionda sülhün təmin edilməsi vacibdir və burada bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb, ona görə də ikitərəfli münasibətlərin dərinləşməsi, regionumuzda, Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün hər şey ediləcək”- deyərək  o,  əlavə etdi.

Daha çox göstər
Back to top button