BaşlıcaSiyasət

Brüsselin Azad universitetində “Ermənistan və AB DQ-ın ermənilərdən boşadılmasından sonra” başlığı ilə konfrnas keçirilib

Brüsselin Azad universitetində (ULB) “Nairyan” birliyi və BMT-nin Brüsselin Azad universitetindəki icmasının səyləri ilə təşkil edilmiş “Ermənistan və AB DQ-ın ermənilərdən boşadılmasından sonra” başlığı ilə konfrnas keçirilib. Konfransın məruzəçisi Ermənistanın Belçikadakı Fövqəladə və səlahiyyətli səfiri, AB-dəki daimi nümayəndəsi Tiqran Balayan olub.

Aldığımız məlumatına görə, səfir tələbələrə 1988-2023-cü illər ərzində baş verən inkişafları, Dağlıq Qarabağ tarixinin bütün təbəqələri, o cümlədən hərəkatı, müahribə və danışıqları təqdim edib.

Səfir həmçinin Ermənistan və Azərbaycan arasındakı sülh prosesində Ermənistan Respublikasının mövqeyi, AB ilə ikitərəfli münsibətləri, əməkdaşlığın dərinləşdirilməsi və gələcək birgə layihələrinə toxunub.

“Ermənistanın xarici siyasəti nə Qərbə, nə də Şərqə dönüş deyil. ER xarici siyasəti ermənilərin dövlət maraqlarına doğru dönüşdür” – deyə səfir Balayan qeyd edib.

Tələbələrin çoxu Ermənistanın AB-nə üzvlüyünə mümkün namizədliyi ilə maraqlanırdı. Tiqran Balayan öz cavablarında vurğulayıb ki, AB buna hazır olduğu qədər Ermənistan da AB-nə yaxınlaşmağa hazırdır.

Daha çox göstər
Back to top button