BaşlıcaSiyasət

Mirzə Dinnayi: Ruben Vardanyanın azadlığa buraxılması məsələsi ilə bağlı AİHM-ilə ciddi iş aparmaq lazımdır

Ruben Vardanyanın həbsi insan hüquqlarının anlamasına böyük ziyan vurur. Ruben Vardanyan dünya üçün yalnız erməni xadimi deyil. Bu barədə məşhur hüquq müdafiəçisi, “Avrora” nüfuzlu humanitar mükafatının laueratı Mirzə Dinnayi bildirib.

“O, beynalxalq səviyyəli xeyriyyəçidir və öz ailəsi ilə birlikdə onilliklər ərzində gördüyü işlərlə tanınır. O, bu xeyriyyə layihələrinin kimə yönəlməsindən asılı olmayaraq həyata keçirib. Onun xeyriyyə layihələrinin benefisiarları müxtəlif xalq və dini nümayəndələri olublar. Biz ümid edirdik ki, Azərbaycan dövləti Ruben Vardanyanı olduğu kimi qiymətləndirməməli idi. Bu, ümumdünya humanitar birliyinə böyük zərbə idi. Bu səbəbdən də insanlıq və insan haqları məsələləri ilə məşğul olanların arasında narazılıq yaradıb” – deyə hüquq müdafiəçisi qeyd edib.

Onun fikirincə, beynalxalq qurumlar Ruben Vardanyan ilə bağlı kifayət qədər iş həyata keçirməyiblər: “Mən hesab edirəm ki, Ruben Vardanyanla bağlı biz səylərimizi maksimum dərəcədə aktivləşdirməliyik ki, Azərbaycan rəhbərliyi humanistlik nümayiş etdirsin. Bu mənada “Avrora”nın humanitar icması da çox iş görməlidir və müəyyən addımlar atılıb. Biz məktublar göndərmişik, müraciətlər etmişik, lakin düşünürük ki, biz, xüsusən də siyasi baxımından daha çox iş görə bilərik və etməliyik. “Avrora” humanitar cəmiyyətdir.

Biz siyasi təşəbbüs deyilik və bu mənada addımlarımız daha çox mülki sahədədir, siyasi sahədə isə alətlərimiz o qədər də çox deyil. Bu mənada siyasi strukturların daha təsirli alətləri var. Siyasi proseslərə təsir baxımından hesab edirəm ki, insan hüquqlarının bayraqdarı kimi çıxış edən Avropa Birliyi, Avropa Şurası, eləcə də BMT kimi beynəlxalq qurumlar daha çox iş görməlidir.

Həmin strukturlar prosesə əhəmiyyətli təsir göstərə bilər. Avropa İnsan hüquqları məhkəməsində ciddi iş görülməlidir. Artıq dediyim kimi, “Avrora” humanitar təşkilatdır və siyasi strukturlara, dövlətlərə təsir baxımından bizim əllərimiz o qədər də uzun deyil”.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, Ruben Vardanyana hansı “cinayətlərin” aid edildiyini eşidərkən şoka düşüb. “Mən özüm 2020-ci ildə Artsaxa səfər etdim və müharibədən zərər çəkmiş xalqın yardımına yönəlmiş böyük işin şahidi oldum.

Ruben Vardanyan öz xalqının ehtiyaclarına və yaşamaq uğrunda mübarizəsinə kömək etmək üçün orada idi. Ruben Vardanyan azərbaycanlılara qarşı düşmənçilik üçün yox, xalqının köməyə ehtiyacı olduğu üçün orada idi. Ruben Vardanyana qarşı o əsassız ittiham sadəcə biabırçılıqdır. Insan hüquqları ilə məşğul olan beynalxalq təşkilatlar buna reaksiya verməli və Ruben Vardanyanla baş verənləri barədə daha yüksək səslə danışmalıdırlar. Bəli, onun barədə danışırlar, onun azadlığa buraxılması zəruriliyindən danışırlar, amma bu, kifayət deyildir”.

Ruben Vardanyanla baş verdiyi dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən humanitar yardımçıların təqib hədəfinə çevrilməsinə töhfə verəcək presedent ola bilərmi sualını cavablandırarkan hüquq müdafiəçisi bildirib ki, “Bəli, bu, çox mənfi presedentə çevrilə bilər və digər xeyriyyəçilər də təqib hədəfinə çevrilə bilərlər. Və əgər insan haqları ilə məşğul olanlar Ruben Vardanyan kimi şəxsin qanunsuz həbsi barədə sussalar, o zaman insan hüquqlarının müdafiəsi sahəsində də ikili standartların olduğu üzə çıxacaq. Mən Ruben Vardanyanı xeyriyyəçiliyin beynəlxalq simvolu hesab edirəm və Çindən başlayaraq ABŞ-a kimi insan haqları ilə məşğul olanların hamısı Ruben Vardanyan haqqında danışmalıdır.

Onu da unutmayaq ki, Artsaxda beş verdiyi ilə bağlı 100 min erməninin hüquqları pozulub. Onlar evsiz qalıb, qaçqına çevriblər. Susmaq cinayətdir, səssiz qalan isə şərik olur. Əminəm ki, Ruben Vardanyanın özü də üzləşdiyi təhlükədən xəbərdar idi, lakin xalqını köməyə möhtac qoymamağa qərar verib. Özünü ədalətinə inandığı mübarizəyə qurban verdi. Həbs olunmazdan əvvəl vəziyyətinin günü-gündən pisləşəcəyini bilirdi, amma xalqının yanında qalmağa qərara gəlib”.

Bizi “Telegram”da da izləyin. “Telegram” kanalımız: https://t.me/ermenistanradio

Daha çox göstər
Back to top button