BaşlıcaSiyasət

NATO Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir: Stoltenberq

Cənubi Qafqazın sabitliyi Avro-Atlantik region üçün çox vacibdir. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Martın 19-da Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycanın sülh əldə etmək şansı var. Bununla bağlı Stoltenberq nizamlama və xalqlar üçün uzunmüddətli sülhün bərqərar olmasına yol açacaq razılaşma əldə etməyə çağırıb.

“NATO Ermənistanın suverenliyini və ərazi bütövlüyünü, onun sülh səylərini dəstəkləyir” – deyə Stoltenberq vurğulayıb.

Xatırladaq ki, Stoltenberq regional səfəri çərçivəsində Ermənistandadır.

Daha çox göstər
Back to top button