BaşlıcaSiyasət

AB Yerevan, Tbilisi və Bakının eyni vaxtda üzvlüyünü müşahidə edir: Təhlilçi

AB və Ermənistan arasında AB-nin müşahidə missiyasının statusu barədə imzalanmış razılaşmanın təsdiqləməsi məsələsi çərçivəsində Parlamentin “Hayastan”(Ermənistan) fraksiyasının deputatı Armen Rustamyan maraqlanır ki, bu razılaşmada Ermənistanın hansı hüquqlarının olduğu qeyd olunubmu?

ER Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Yerevanın yalnız öhdəliklərinin deyil, həm də hüquqlarının olduğunu dəqiqləşdirir. “AB missiyasının statusu haqqında sazişdə yalnız Ermənistanın öhdəlikləri qeyd olunur. Ermənistanın bu öhdəliklərdən əlavə hansı hüquqları var? Ermənistanın suveren dövlət kimi hansı konkret hüquqları, məsələn, xitamla bağlı, var?”

“Sazişin imzalanması onunla nəticələndi ki, AB missiyasının hərəkətləri və, ümumiyyətlə, onun Ermənistanda mövcudluğu Ermənistanın təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilib, hüquqlar baxımından isə sazişdə müddəa var ki, Ermənistan istənilən vaxt bu sazişin fəaliyyətinə xitam verə bilər və burada suverenliklə bağlı məsələ yoxdur” – deyə Xarici işlər nazirinin müavini deyir.

ER və AB arasında “Avropa Birliyinin Ermənistandakı missiyasının statusu barədə” razılaşma 2023-cü ilin Niyabrın 20-də imzalanıb. Bundan əvvəl, ötən ilin əvvəlində AB Ermənistanda AB-nin mülki missiyasının yerləşdirilməsini təstiqləyib ki, bunun çərçivəsində 2023-cü ilin Fevralından AB müşahidəçiləri Ermənistana gəlib, ilin sonunda artıq müşahidəçilərin sayı 138-dən 209-a çatdırmaq qərarına gəliblər.

Keçən ilin əvvəlində sabitliyi təmin etmək məqsədilə AB müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədinin erməni tərəfində yerləşdirilməsi məsələsi müzakirə olunanda çoxlar düşünmürdü ki, təxminən bir ildən sonra Avropa Parlamenti  Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamağın vaxtının çatdığını təsdiqləyən qətnamə qəbul edəcək və  Avropa Parlamentinin deputatlarını Ermənistana keçən həftə baş vermiş AB-yə üzvlüyə namizəd statusunun verilməsi imkanını nəzərdən keçirməyə çağıracaq.

Siyasi analitik Manvel Ğumaşyan “Radiolur”la söhbətində qeyd edib ki, Ermənsitanla viza rejiminin liberallaşdırılması ətrafında dialoq Yerevanın Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması barədə  qərarından sonra başlayıb.

“Rusiya sərhədçilərinin yerləşdiyi həmin “Zvartnots”da AB-yə sərbəst giriş-çıxışa nəzarət edirlər və orada təhlükə var. Danışıqların nə vaxt başlayacağı niyə indiyədək məlum deyildi? AB bildirib ki, başqa ölkə ölkəmizin sərbəst giriş-çıxışına nəzarət etməməlidir, çünki bu, AB üçün təhlükəsizlik məsələsidir”.

Siyasi təhlilçi məsələni AB-yə sərbəst giriş kontekstində yalnız hava yolu ilə deyil, həm də quru sərhədi ilə nəzərdən keçirir və buna misal olaraq Türkiyə sərhədində AB-yə sərbəst girişə maneələrin olduğunu göstərir.

“Əgər sabah AB-yə nəinki “Zvartnots”la sərhədi keçmək lazım gələrsə, mən fərziyyə deyim, məsələn, Gürcüstan və ya Türkiyə AB-yə üzv oldular və yenə də Rusiyanın Federal təhlükəsizlik işçiləri orada Türkiyə sərhədində dayanıblar və bu səbəbdən AB-yə girişi dayandırıla bilər. Hesab edirəm ki, əsas problem budur”.

Manvel Ğumaşyan demək olar ki, əmindir ki, biz artıq gələn ilin əvvəlində Ermənistanın AB-yə girişinin liberallaşdırması üçün praktik addımları görə bilərik, bu ilin sonuna qədər bu barədə daha aydın danışmaq mümkün olacaq.

Politoloq Gevorq Ğukasyan Ermənistanın AB ölkələrinə girişinin viza rejiminin liberallaşdırılması məsələsinin həllini siyasi məqsədəuyğunluqla şərtləndirsə də, lakin  AB-nin readmissiya riskləri ilə bağlı narahatlığını da xatırladır.

“Gürcüstanın təcrübəsini nəzərə alsaq, AB Şurasında belə fikirlər var idi ki, bu, yeni miqrasiya problemlərinə gətirib çıxara bilər və mən bilmirəm ki, hazırda AB Şurasında bu problemlərin qiymətləndirilməsi hansı vəziyyətdədir, onlar belə problemləri görürlərmi ya yox? Amma belə problemlər yaradıla bilər, lakin ER-nın readmissiya ilə bağlı öhdəlikləri var”.

Ekspert aydınlaşdırır ki, ER-nın AB-də qeyri-qanuni olanları qəbul etmək öhdəliyi var.

Analitik Ğumaşyanın fikrincə, Ermənistana AB üzvlüyünə namizəd statusunun verilməsinin mümkünlüyü məsələsində isə AB Ermənistanın Avropaya inteqrasiya imkanlarını  ayrıca yox, lakin Ermənistan, Gürcüstan, Azərbaycan birlikdə nəzərdən keçirmir, bəlkə də AB bütün Cənubi Qafqazın AB-yə üzvlüyü istiqamətində addımlar atacaq.

“AB Azərbaycanı da ora Azərbaycanın kənarda qaldığı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində aparmağa çalışacaq. Düşünürəm ki, bu, belə kompleks olacaq və 30 il əvvəl Baltikyanı ölkələrin AB-yə üzv qəbul edildiyi kimi siyasi qərar olacaq”.

Həmsöhbətimizin fikrincə, Gürcüstan uzun illərdir ki, Avropaya inteqrasiya üçün səylər göstərsə də,  Ermənistanın Gürcüstanla birlikdə AB-yə namizəd ölkəsindən AB-yə üzvlük istiqamətində addım atacağı istisna olunmur.

Bizi “Telegram”da da izləyin. “Telegram” kanalımız: https://t.me/ermenistanradio

Daha çox göstər
Back to top button