BaşlıcaSiyasət

Belçika Senatında Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirə aparılacaq

Martın 25-də Belçika Senatında “Cənubi Qafqazda geosiyasi proseslər” adlı müzakirə aparılacaq.

Müzakirə Dağlıq Qarabağ və Ermənistan ətrafında gedəcək.

Dəyirmi masanın əsas məruzəçiləri Belçika parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Els Van Haf, Klinqendal İnstitutunun həmtəsisçisi Pol Merts, diplomat Olivye Veber və Dağlıq Qarabağın hüquq müdafiəçisi Qeğam Stepanyan olacaq.

Məruzəçilər regionda baş verən proseslərə beynəlxalq insan haqları nöqteyi-nəzərindən toxunacaq, beynəlxalq ictimaiyyətin reaksiyası və Avropa Birliyinin (AB) rolunu təhlil edəcəklər.

Müzakirə iştirakçıları həmçinin DQ ermənilərinin hüquqlarını qorumaq üçün atılmalı olan zəruri addımlar barədə danışacaqlar.

Bizi “Telegram”da da izləyin. ➤ “Telegram” kanalımız: https://t.me/ermenistanradio

Daha çox göstər
Back to top button