Ermənistan Respublikası üçün eksklavlar və anklavlar məsələsinə sonradan baxmaq yanaşması başa düşüləndir. Bu barədə “Sputnik Armenia”mın sorğusuna cavab olaraq ER baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib.
Qeyd olunub ki, bu işdə də başlanğıc nöqtəsi kimi de-yure hüquqi qüvvəyə malik sənədlər əsasında ərazilərin demarkasiyası və delimitasiyasına yanaşmaq lazımdır.
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin eksklav adlanan kəndlərin mülkiyyətinin danılmaz olduğunu və onların dərhal “azad edilməlidir” bəyanatında toxunaraq baş nazirin müavininin aparatı bildirib ki, “sözügedən ərazilərdə Ermənistan Respublikasının ərazisinin haradan başladığını müəyyən etmək lazımdır və bu müəyyənləşmə hüquqi qüvvəyə malik sənədlər əsasında həyata keçirilməlidir.
“Buna əsasən, de-yure Ermənistan Respublikasının ərazisi Ermənistan Respublikasının, Azərbaycan Respublikasının ərazisi isə Azərbaycan Respublikasının nəzarəti altında olmalıdır. Baş nazir Paşinyan qeyd edib ki, Ermənistan Respublikası bütün sərhəd boyu bu cür həllərə getməyə hazırdır”.
Baş nazirin müavininin ofisindən verilən məlumata görə, Ermənistan Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə həll yolları üçün eyni düsturla getməyə hazırdır.
Komissiyaların işinə toxunaraq qeyd olunur ki, hər iki ölkə tərəfindən təsdiq edilmiş iş proseduruna əsasən, görüşlərin yekunu üzrə rəsmi press-relizlər dərc olunur, ondan kənarda dəqiqləşdirmə və şərhlərə icazə verilmir.
Bizi “Telegram”da da izləyin. ➤ “Telegram” kanalımız: https://t.me/ermenistanradio