BaşlıcaSiyasət

Tərəflərin hansı xəritələri rəhbər tutacağı ER üçün əsas məsələlərdəndir: Arsen Torosyan sərhədin demarkasiyası haqqında

Sərhədin delimitasiya-demarkasiyası sülh prosesinin ən mühüm komponentlərindən biridir.

Bunu Ermənistanın hakim partiyasının deputatı Arsen Torosyan deyib.

Siyasətçi Baş nazir Nikol Paşinyanın delimitasiyanın Tavuşdan başlamasının məntiqli olduğu barədə bəyanatına belə reaksiya verib:

“Niyə Tavuşdan? Bir neçə əsaslandırma ola bilər. Birincisi, bu prosesə başlamaq vacibdir, çünki bu proses haqda əbədi olaraq danışa bilmərik, nə vaxtsa başlamalıyıq. Düşünürəm ki, buna başlamaq xeyrimizədir. İkincisi, sərhədləri müəyyən etmək üçün hansı xəritələrdən istifadə edilməsi ilə əlaqəlidir. Bu, bizim üçün fundamental məsələdir. Eyni zamanda, Alma-Ata Bəyannaməsinə qoşulan hər iki ölkə öz sovet inzibati ərazilərini dövlət sərhədləri kimi tanıyıb, hesab edirəm ki, delimitasiya buna əsasən aparılmalıdır.

Torosyan bildirib ki, Sovet Ermənistanının sərhədləri daxilində olan heç bir inzibati ərazi və ya yaşayış məntəqəsini Azərbaycana vermək fikrində deyillər.

“Demarkasiya zamanı sərhəd bu və ya digər tərəfin nəzarətində olan hər hansısa ərazidən keçirsə, bu, iki tərəfin qarşılıqlı razılaşması əsasında bu və ya digər tərəfə qaytarılmalıdır”, – deputat 4 kəndin Azərbaycana təhvil veriləcəyi ilə bağlı məsələdən danışarkən söyləyib.

Daha çox göstər
Back to top button