Baş nazir Nikol Paşinyan bəyan edib ki, hansı halda Ermənistan Azərbaycana qarşı beynəlxalq məhkəmələrə təqdim olunmuş dövlətlərarası şikayətləri geri götürəcək. “Armenpress”in məlumatına görə, Parlamentdə hökumət üzvləri ilə sual-cavab sessiyasında baş nazir bəyan edib ki, əgər Ermənistan tərəfi sabit və davamlı sülhün bərqərar olacağına əmin olarsa, beynəlxalq məhkəmələrdən qarşılıqlı şikayətləri geri götürməyə hazırdırlar.
“Biz demişik ki, əgər sülh müqaviləsi imzalanmağa tam hazırdırsa və Ermənistan Respublikası bu müqaviləni imzalaya biləcəyini hesab edirsə və elə bir mövzu olsa ki, gələk, beynəlxalq məhkəmələrdən məhkəmə işlərini qarşılıqlı olaraq geri götürək, bu müzakirə mövzusu ola bikər və hətta məntiqli ola bilər.
Sabit və davamlı sülhün bərqərar olduğunu və sabit və davamlı sülhün tamamlanmasına son ştrixin qaldığını görsək, bu addımı ata bilərik. Sabit və davamlı sülhün əldə olunmadığını görsək, aydındır ki, bu alətdən əl çəkməyəcəyik”, – deyən Paşinyan hələlik məsələ ilə bağlı qərarın verilmədiyini bildirib.