BaşlıcaSiyasət

Baş nazir: ER öz beynalxalq səviyyədə tanınmış ərazisini keç kimə vermək niyyətində deyil

Ermənistan Respublikası beynəlxalq səviyyədə tanınmış ərazisini heç kimə vermək niyyətində deyil. Bu barədə baş nazir Nikol Paşinyan Parlamentdə hökumətlə sual-cavab zamanı “Hayastan” fraksiyasının deputatı Levon Koçaryanın o müşahidəsinə toxunaraq bildirib ki, Ermənistan tərəfi Azərbaycanla danışıqlarda daim güzəştə gedir, amma qarşılığında heç nə almır, əksinə, Azərbaycandan narahatedici bəyanatlar səsləndirilir.

“Nəyi güzəşt etdiyimizə aydınlıq gətirilməlidir. Mən bir daha deyirəm və deməkdən yorulmayacağam ki, mən Ermənistan Respublikasının baş naziriyəm və beynəlxalq səviyyədə qeydə alınmış razılaşma ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanan Ermənistan Respublikasının ərazisinin konturudur. Bu, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir və Ermənistan Respublikası öz beynəlxalq səviyyədə tanınmış ərazilərindən heç kimə vermək niyyətində deyil. Hesab edirəm ki, bu, hamı üçün aydın olmalıdır” – deyə Paşinyan Ermənistan Respublikasının hazırda işğal altında olan ərazilərinin olduğunu bildirib.

Daha çox göstər
Back to top button