BaşlıcaSiyasət

Türkiyənin xarici siyasətinin gündəmində Ermənistan 10-cu yerdədir: Türkiyəli siyasətçi

Türkiyənin xarici siyasətinin gündəmində Ermənistan 10-cu yerdədir, birinici yerdə ABŞ ilə münasibətlərdir. Bu barədə Martın 20-də türkiyəli siyasətçi Mustafa Aydın“Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusu ilə müzakirə ərzində bildirib.

O qeyd edib ki, ikinci yerdə Türkiyənin İraq və Suriyadakı əməliyyatlarıdır, üçüncü yerdə isə Yunanıstanla münasibətləri, dördüncü yerdə Ukrayna və Qara dənizidir.

“Türkiyədə heç kim rəsmi və açıq şəkildə Ermənistanı müzakirə etmir. Bu, 10-15 il əvvəlkindən fərqlidir. Türkiyədə belə diskurs yoxdur. Çoxları bu məsələni yalnız Ermənistan-Azərbaycan-Türkiyə üçbucağında müşahidə edir. Çoxlar isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin necə imzalanacağında maraqlanırlar, və imzalanacaqmı.

Türkiyə üçün Azərbaycanla strateji əlaqə vacibdir, bu, Ankaranın Türkiyəni enerji həbinə çevirmək üçün təməl daşlardan biridir. “Coğrafi baxımından Azərbaycan Türkiyə üçün Ermənistandan daha vacibdir” – deyə ekspert vurğulayıb.

Mustafa Aydın təkcə Naxicevandan Azərbaycana gedən yolun deyil, regionda bütün kommunikasiyaların açılmasının vacibliyini qeyd edib.

Daha çox göstər
Back to top button