BaşlıcaSiyasət

“Дождь” telekanalının redaktoru efirdə ermənilərə qarşı əsassız ittihamlar səsləndirdiyinə görə üzr istəyib

“Дождь” telekanalının baş redaktoru Tixon Dzyadko Rusiyada terrorçuluqda “erməni izi”nin olması ilə bağlı canlı yayımda tamaşaçının səsləndirdiyi fikrə toxunub. “Дождь”un dünənki xüsusi buraxılışı kontekstində mühüm bir şey demək istəyirəm.

“Yəqun ki, çoxlarınız dünən efirdə özünü Crocusun səs mühəndisi kimi təqdim edən bir adamı eşitmisiniz. O, hücum edənlərin guya “ermənicə danışdıqlarını və erməni dilində nalayiq ifadələr işlətdiklərini” eşitdiyini, həmçinin “erməni izlərinin” olduğunu sübuta yetirmədən iddia etdiyini bildirib. Həmin şəxs efirə çıxmazdan əvvəl ilkin müsahibə zamanı belə bir söz deməyib. Bu cür əsassız ittihamları eşidəndə aparıcı bunun əsassız olduğunu vurğuladı. Bu adamı efirdən götürdük və bu hissəni efirdən kəsdik”,- Tixon Facebook sahifəsində yazıb.

Qeyd edək ki, Ermənistanın Rusiyadakı səfirliyi Moskvada “Crokus City Hall”da baş vermiş qanlı terror aktında guya ermənilərin əlaqəsi ilə bağlı “Дождь” telekanalında səsləndirilən bəyanatlarla bağlı dərin narahatlığını bildirib.

“Rusiyada ermənilərə qarşı əhval-ruhiyyəsini qızışdırmağa yönəlmiş, reallığa uyğun gəlməyən bu cür məlumatların məqsədyönlü şəkildə yayılmasını hiddətləndirici hesab edirik.

Faciədən dərhal sonra Ermənistan dinc vətəndaşlara qarşı qeyri-insani cinayəti pisləyən bəyanatlar verdi. Yerevandakı soydaşlarımız səhər tezdən Rusiyanın Ermənistandakı səfirliyi önünə gül dəstələri düzərək bütün həlak olanların xatirəsini ehtiramla yad edirlər. Bütün düşüncələrimiz və dualarımız Rusiya xalqı ilədir”, – bəyanatda bildirilir.

Ermənistanın Rusiyadakı səfirliyi yalan məlumat yaymamağa çağırıb.

Bu saxta ittihamları arasında təbii ki, Azərbaycan izi çıxıb. “Дождь” efirində ermənilərə qarşı ittihamlar səsləndirən şəxs Azərbaycan əsilli Emin olub.

Daha çox göstər
Back to top button