Tehran Ermənistanla Azərbaycan arasındakı hadisələri çox diqqətlə izləyir. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani martın 22-də NEWS.am-a müsahibəsində Ermənistan hakimiyyətinin Bakının tələbi ilə Tavuş bölgəsindəki 4 qeyri-anklav kəndini Azərbaycana təhvil vermək qərarına münasibət bildirərkən deyib.
“Biz hadisələri çox diqqətlə izləyirik. Onu da deyim ki, gərginliklə bağlı yayılan söz-söhbətlərdən sevinmirik. Hesab edirik ki, istənilən problem dialoq yolu ilə həll edilməlidir. Odun üstünə su tökməliyik, yağ töksək, alov alacaq”, – deyə səfir bildirib.
“Tehran Azərbaycanın Ermənistana hücum etmək təhlükəsini görürmü?” sualına İran səfiri belə cavab verib: “Ümid edirik ki, belə bir şey olmayacaq”.
Tehran dəfələrlə bəyan edib ki, Syunikə qarşı təcavüz qəbuledilməzdir və Ermənistanın ərazi bütövlüyü qırmızı xəttdir. Tavuşa qarşı mümkün təcavüz halında Tehran eyni mövqedən çıxış edəcəkmi?
“Ermənistan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyimizi deyəndə, bu, təkcə cənuba aid deyil”, – deyə səfir Mehdi Sobhani bildirib.